...

Gürcüstan hökumətində kadr dəyişiklikləri baş verib

Siyasət Materials 20 Noyabr 2010 14:35 (UTC +04:00)
Gürcüstanın xarici işlər nazirinin birinci müavini Giga Bokeriya Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi və Prezidentin müşaviri təyin olunub.
Gürcüstan hökumətində kadr dəyişiklikləri baş verib

Gürcüstan, Tbilisi, 20 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər nazirinin birinci müavini Giga Bokeriya Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi və Prezidentin müşaviri təyin olunub. Bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat verib.

Bu vaxtadək MTŞ katibi postunu tutan Eka Tkeşelaşvili baş nazirin müavini və reinteqrasiya məsələləri üzrə dövlət naziri postunu tutacaq. Bu vəzifədə ondan əvvəl Temur Yakobaşvili çalışıb.

Prezident parlamentə Yakobaşvilini Gürcüstanın ABŞ-dakı səfiri postuna təklif edib. Bu postu hazırda Bata Kuteliya tutur. Onun gələcəkdə hansı vəzifədə çalışacağı barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti