...

İlham Əliyev Albaniyanın Prezidentini Bayraq günü münasibətilə təbrik edib

Siyasət Materials 27 Noyabr 2010 17:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Prezidenti Bamir Topini milli bayram - Bayraq günü münasibətilə təbrik edib.
İlham Əliyev Albaniyanın Prezidentini Bayraq günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Prezidenti Bamir Topini milli bayram - Bayraq günü münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Milli bayramınız - Bayraq günü münasibətilə Sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Albaniya arasında təşəkkül tapmış münasibətlərin inkişafı bundan sonra da dostluq və əməkdaşlıq məcrasında davam edəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Albaniya xalqına əmin-amanlıq və rifah diləyirəm" - təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti