...

Azərbaycanda seçkilər yüksək səviyyədə təşkil olunub - spiker

Siyasət Materials 7 Dekabr 2010 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir М.Əliyev/

Heç bir seçki komissiyasında parlament seçkilərinin nəticələri ləğv olunmayıb və bu, seçkilərin yüksək səviyyədə təşkil olunduğundan xəbər verir. Bu barədə çərşənbə axşamı Azərbaycan Milli Məclisinin iclasının açılışında spiker Oqtay Əsədov deyib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mandatları yeni seçilmiş deputatlara verərək ümidlə bildirib ki, xalq seçicilərinin fəaliyyəti Azərbaycanın inkişafına imkan yaradacaq.

"Azərbaycanda parlament seçkiləri demokratik, şəffaf keçib", - Pənahov deyib.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçirilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti