Azərbaycan, Bakı, 10 dekabr /Trend/
Bu gün Sumqayıtda ümummilli lider Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Şəhər ictimaiyyətinin nümayəndələri Heydər Əliyev prospektində ucaldılmış ümummilli liderin abidəsini ziyarət ediblər.
Anım mərasimində şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev ulu öndərin abidəsi qarşısına tər çiçəklər düzüb və tədbir iştirakçıları qarşısında çıxış edib.
Sonra sumqayıtlılar ümummilli lider Heydər Əliyevə olan dərin məhəbbətlərini bildirərək abidənin önünə tər çiçəklər düzüblər. Ziyarət axşam saatlarına kimi davam edəcək.
Anım günündən bir neçə gün əvvəl şəhərin mədəniyyət və təhsil ocaqlarında, təşkilatlarda Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı tədbirlər keçirilib.
Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.