...

İranın xarici işlər naziri Mənuçöhr Müttəki vəzifəsindən çıxarılıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 Dekabr 2010 18:04 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki vəzifəsindən çıxarılıb
İranın xarici işlər naziri Mənuçöhr Müttəki vəzifəsindən çıxarılıb (ƏLAVƏ OLUNUB)

RED. əlav.: ətraflı məlumat əlavə edilib

İran Prezidenti Mahmud Əhmədinejadın sərəncamı ilə ölkənin xarici işlər naziri Mənüçöhr Müttəki vəzifəsindən çıxarılıb. İran Prezidentinin rəsmi saytının bazar ertəsi yaydığı məlumata görə, bu vəzifəni müvəqqəti olaraq Əli Əkbər Salehi icra edəcək.

Əhmədinejad Müttəkiyə öz xidməti vəzifəsini yerinə yetirdiyinə görə təşəkkür edib. Müttəki son yeddi ildə Xarici İşlər Nazirliyinə rəhbərlik edib. O, Əhmədinejadın ilk prezidentliyi dövründə bu vəzifəyə təyin edilmişdi.

Hazırda Müttəki Seneqalda rəsmi səfərdədir.

Xəbər lenti

Xəbər lenti