...

GUAM-da mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 16 Dekabr 2010 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir S.Ağayeva/

GUAM-da mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

GUAM Katibliyində mədəniyyət, elm və təhsil məsələləri üzrə işçi qrupunun (METİQ) 5-ci iclası keçirilib. Orada Moldova Respublikası Elmlər Akademiyasının elm məsələləri üzrə baş katibi İon Quçak (iclasa sədrlik edib), Gürcüstanın GUAM yanında daimi nümayəndəsi Merab Antadze, Gürcüstanın Elm və Təhsil Nazirliyinin Ali təhsilin inkişafı idarəsinin rəisi Nuzqar Çitaiya (videokonfrans üzrə), GUAM-a üzv ölkələrin profilli nazirlik və idarələrinin nümayəndələri, GUAM Katibliyi proqramlarının əlaqələndiricisi Səbuhi Temirov iştirak ediblər. Bu barədə Trend-ə Katiblikdən məlumat verilib.

İşçi qrupu mədəniyyət, elm və texnologiyaların inkişafı sahəsində regional əməkdaşlığın prioritet istiqamətlərini müəyyən edib; gənc alimlərin elm və texnoloji inkişaf sahəsində qabaqcıl tədqiqatlara cəlb edilmələri üçün "yay məktəbləri"nin təşkili ürə təklif işlənib hazırlanıb; 2011-ci ildə əsas istiqamətlər üzrə videokonfransların təşkili üzrə məsələyə və GUAM üzvü olan ölkələrin alimlərinin birgə tədqiqat qrupunun yaradılması imkanlarına baxılıb. İclas iştirakçıları mədəniyyət, elm və təhsil sahəsində GUAM-ın qrant proqramı konsepsiyası ilə bağlı təklif vermək barədə razılığa gəliblər.

İşçi qrupun növbəti iclasının 2011-ci ilin birinci yarısında keçirilməsi planlaşdırılıb. Növbəti iclasın yeri və tarfixi əlavə diplomatik kanallar vasitəsilə müəyyən ediləcək.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı ölkələri rəhbərlərinin sammiti zamanı yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, dörd ildən sonra isə çıxıb. 2006-cı ildə Kiyevdə bu formatın birinci sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM adlandırılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti