...

Azərbaycanda hazırda 6 minə yaxın məcburi köçkün ailəsi sahibsiz evlərdə məskunlaşıb - Baş nazirin müavini

Siyasət Materials 23 Dekabr 2010 14:55 (UTC +04:00)
Azərbaycanda hazırda 6 minə yaxın məcburi köçkün ailəsi o vaxt sahibsiz olan evlərdə məskunlaşıblar. Trend-in məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov bildirib.
Azərbaycanda hazırda 6 minə yaxın məcburi köçkün ailəsi sahibsiz evlərdə məskunlaşıb - Baş nazirin müavini

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda hazırda 6 minə yaxın məcburi köçkün ailəsi o vaxt sahibsiz olan evlərdə məskunlaşıblar. Trend-in məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov bildirib.

"Mən onlara zəbt olunmuş ev deyə bilmərəm, çünki o vaxtkı hakimiyyət zəhmət çəkib prosesə nəzarət etməli idi. İnsanlar məcburiyyət qarşısında qalıb o evlərdə məskunlaşıblar. Son zamanlar bu məsələ çox aktuallaşıb, çünki bir sıra mənzil sahibləri Avropa Məhkəmələrinə müraciət ediblər, bəziləri haqqında qərarlar qəbul olunub. Artıq 16 ailənin mənzilini qaytarmışıq və bu proses davam edəcək", - Həsənov bildirib.

Baş nazirin müavininin sözlərinə görə, bu məsələ dövlətin nəzarətindədir.

"Müvəqqəti şəxsi evlərdə məskunlaşan məcburi köçkünlər digər yeni mənzillərə köçürüləcək və o mənzillər sahiblərinə qaytarılacaq. Bu cür evlər əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərindədir", - Həsənov əlavə edib.

Onun sözlərinə görə, qaçqınlar üçün Masazır və Pereküşküldə tikiləcək evlərə hərbi hissələrin və universitetlərin yataqxanalarından köçürülənlər yerləşdiriləcək.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanda bir milyona yaxın məcburi köçkün var.

Xəbər lenti

Xəbər lenti