Azərbaycan, Bakı, 23 dekabr /Trend/
Türkiyə, Azərbaycan və İran terrorizmə qarşı birgə mübarizə aparacaq. Bu barədə Türkiyənin ANKA informasiya agentliyi məlumat verir.
Məlumata görə, Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşündə insan qaçaqmalçılığı, silah alverinə və terrorizmə qarşı birgə mübarizə haqqında məsələlərin müzakirəsi məqsədi ilə görüşlərin davamlı şəkildə keçirilməsi ilə bağlı razılığa gəlinib.
Görüşdə razılaşdırılıb ki, XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü İranda keçirilsin.
Hər üç ölkənin xarici işlər naziri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Ələkbər Salehi (müvəqqəti icra edir) bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammiti çərçivəsində İstanbulda görüşüblər.