...

Azərbaycan-ABŞ İşçi Qrupunun iclası keçiriləcək

Siyasət Materials 31 Yanvar 2011 11:14 (UTC +04:00)
Azərbaycan-ABŞ İşçi Qrupunun iclası keçiriləcək. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.
Azərbaycan-ABŞ İşçi Qrupunun iclası keçiriləcək

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-ABŞ İşçi Qrupunun iclası keçiriləcək. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

Sabiroğlu deyib ki, İşçi Qrupunun iclası fevralın 7-də Almaniyada keçiriləcək.

Azərbaycan-ABŞ iş planına əsasən, həmçinin fevralın 2-dən 15-ə qədər hər iki ölkənin hərbçilərinin iştirakı ilə partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üzrə dalğıc kursu keçiriləcək.

Tədbir ABŞ-ın San-Antonio şəhərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti