...

İranın antiazərbaycan hərəkətlərinə reaksiya verilməlidir - politoloq

Siyasət Materials 3 Fevral 2011 14:01 (UTC +04:00)
İranın antiazərbaycan hərəkətlərinə reaksiya verilməsə, bu, Azərbaycan üçün təhlükə yarada bilər. Trend-in məlumatına görə, bunu cümə axşamı Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin 2011-ci ilin yanvar ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunlarına dair təşkil etdiyi mətbuat konfransında mərkəzin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
İranın antiazərbaycan hərəkətlərinə reaksiya verilməlidir - politoloq

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir M.Əliyev/

İranın antiazərbaycan hərəkətlərinə reaksiya verilməsə, bu, Azərbaycan üçün təhlükə yarada bilər. Trend-in məlumatına görə, bunu cümə axşamı Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin 2011-ci ilin yanvar ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunlarına dair təşkil etdiyi mətbuat konfransında mərkəzin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

"Azərbaycanın İrana qarşı mübarizə aparmağa kifayət qədər resursları var. Bu kimi məsələlərdə diasporun imkanlarından istifadə edərək, İrana qarşı güc tətbiq etmək vacibdir", - Əhmədoğlu bildirib.

Son günlərdə İranın bəzi dairələrinin Azərbaycanın daxili işlərinə qarışması, bu ölkənin "Səhər 2" telekanalının Azərbaycanın dövlətçiliyinin əleyhinə təbliğat aparılmasına rast gəlinir.

Politoloq qeyd edib ki, İran islam respublikası olmağına baxmayaraq, Ermənistana hər cür köməklik göstərməklə Azərbaycanla münasibətlərində heç bir dini norma gözləmir.

Əhmədoğlu bildirib ki, hazırda İranın heç bir qonşusu ilə normal tərəfdaş münasibəti yoxdur. "İranın Azərbaycanla münasibətləri islam ölkəsinin beynəlxalq əlaqələrində həlledici məqamdır", - Əhmədoğlu bildirib.

Politoloq, həmçinin Azərbaycandakı İslam Mədəniyyət Mərkəzinin gördüyü işin İranla Azərbaycan arasında gərginlik yaratdığını hesab edir. Onun sözlərinə görə, bu mərkəzin ölkədə apardığı fəaliyyətlə bağlı hesabat tələb olunmalıdır və onların fəaliyyəti dayandırılmalıdır.

Xəbər lenti

Xəbər lenti