...

Azərbaycan sürətli inkişaf yolu keçib - ATƏT PA-nın sədr müavini

Siyasət Materials 11 Fevral 2011 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan gənc müstəqill dövlətdir, amma buna baxmayaraq, çox sürətli inkişaf yolu keçib. Trend-in məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan ATƏT PA sədrinin müavini Volfqanq Qrossruk fevralın 11-də Milli Məclisin vitse-spikeri Bahar Muradova ilə görüşdə deyib.

Muradova Azərbaycanda seçkilərdən sonrakı müşahidə missiyasının əlaqələndiricisi kimi, ATƏT PA sədrinin müavininin ölkəmizə səfərini yüksək qiymətləndirib, bu cür səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib. O, bildirib ki, Azərbaycan ATƏT və onun ayrı-ayrı strukturları ilə əlaqələrin inkişafında maraqlıdır.

"Yaxın vaxtlarda ATƏT PA-nın qış sessiyası keçiriləcək. Sessiyanın gündəliyinə ötən ilin noyabrında Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı hesabat da daxil edilib", - azərbaycanlı millət vəkili deyib.

Muradova ATƏT-in müşahidə missiyası ilə ayrı-ayrı deputatların fikirlərinin üst-üstə düşmədiyini vurğulayıb və bildirib ki, parlament seçkiləri dövründə müəyyən qüsurlar qeydə alınsa da, bu nöqsanlar seçkilərin nəticələrinə təsir göstərməyib. Odur ki, hər şeyə sərt tənqidi yanaşmaq düzgün ola bilməz.

Volfqanq Qrossruk Azərbaycanda onlara göstərilən xoş münasibətdən razılığını ifadə edib. O, bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, qısa müddətdə çox böyük uğurlara imza atıb. İqtisadiyyatı güclənib, demokratiya inkişaf edib. Bu inkişafa görə, beynəlxalq ictimaiyyət tərəfindən dəstəyə layiqdir.

Xəbər lenti

Xəbər lenti