Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir T.Cəfərov/
İranda baş verən iğtişaşlarla bağlı bu ölkədə olan Azərbaycan vətəndaşlarından səfirliyiə hər hansı müraciət daxil olmayıb, bunu çərşənbə axşamı Trend-ə telefonla Azərbaycanın bu ölkədəki səfirliyindən bildiriblər.
Dünəndən Tehranda polis və nümayişçilər arasında baş vermiş qarşıdurma nəticəsində ən azı 1 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən artıq etirazçı isə saxlanılıb.