...

İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirin etimadnaməsini qəbul edib

Siyasət Materials 17 Fevral 2011 17:31 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzenin etimadnaməsini qəbul edib
İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzenin etimadnaməsini qəbul edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Səfir Teymuraz Şaraşenidze fəxri qarovul dəstəsinin qarşısından keçdi. Teymuraz Şaraşenidze etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı səfir Teymuraz Şaraşenidzenin ölkəmizdəki fəaliyyəti müddətində Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi. Azərbaycan ilə Gürcüstanın yaxın qonşu, dost və qardaş ölkələr olduğunu vurğulayan
Prezident İlham Əliyev ölkələrimizi bir çox tarixi dəyərlərin birləşdirdiyini dedi.
Münasibətlərimizin səviyyəsinin və dinamikasının razılıq doğurduğunu bildirən dövlətimizin başçısı bütün sahələrdə həyata keçirilən birgə təşəbbüslərin və layihələrin önəmini qeyd etdi. Qarşıdakı illərdə reallaşması nəzərdə tutulan layihələr üzərində fəal işlərin aparılacağını deyən Prezident İlham Əliyev ölkələrimizdə və regionda birgə fəaliyyət üçün yeni sahələrin müəyyənləşdiriləcəyini də bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin xalqlarımız və eləcə də regional əməkdaşlıq və təhlükəsizlik üçün önəmini qeyd etdi.

Səfir Teymuraz Şaraşenidze Azərbaycan Prezidentinə və xalqımıza olan yüksək ehtiramını dövlətimizin başçısına çatdırdı. Tarixən yaxın münasibətdə olan ölkədə səfir kimi fəaliyyət göstərməyin böyük məsuliyyətli iş olduğunu vurğulayan gürcüstanlı diplomat ölkələrimiz arasında mövcud əlaqələrin daha da möhkəmlənməsində və dərinləşməsində səylərini əsirgəməyəcəyini dedi.

Xəbər lenti

Xəbər lenti