...

Ərəb ölkələrindəki hadisələrin Azərbaycana təsiri yoxdur - hakim partiya

Siyasət Materials 22 Fevral 2011 12:38 (UTC +04:00)
Azərbaycan demokratik dövlətdir və ərəb ölkələrindəki hadisələrin ölkəmizə təsiri yoxdur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.
Ərəb ölkələrindəki hadisələrin Azərbaycana təsiri yoxdur - hakim partiya

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan demokratik dövlətdir və ərəb ölkələrindəki hadisələrin ölkəmizə təsiri yoxdur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.

"Azərbaycanın iqtisadi inkişaf modelindən başlamış mentallığımıza qədər ərəb ölkələrindən fərqimiz var. Bu gün bəzi dairələrin bu hadisələrlə bağlı müəyyən tezislər irəli sürməsi və guya, bu hadisələrin Azərbaycanda da təkrar olunacağı ilə bağlı fikirlər səsləndirilməsi heç bir faktlara və məntiqə söykənmir", - millət vəkili deyib.

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin ərəb ölkələrində baş verən hadisələrlə bağlı olmadığını bildirən Qurbanlı ölkədə bu mübarizənin daimi xarakter daşıdığını deyib.

"Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti korrupsiya ilə bağlı fikirlərini deyəndə, ərəb ölkələrində heç bir hadisə baş verməmişdi", - deputat əlavə edib.

Ərəb ölkələrindən Tunisdə və Misirdə inqilab nəticəsində prezidentlər vəzifələrindən gediblər.

Xəbər lenti

Xəbər lenti