...

Vatikan Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Siyasət Materials 11 Mart 2011 16:41 (UTC +04:00)
"Görüşün məqsədi Azərbaycan və Vatikan Mədəniyyət Nazirliyi arasında əməkdaşlığın gələcək dərinləşdirilməsi perspektivləri üzrə fikir mübadiləsi olub", - Trend-ə Əmirbəyov bildirib.
Vatikan Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Vatikanla mədəniyyət sahəsində əməkdaşlığının gələcək dərinləşdirilməsi perspektivlərini cümə günü Azərbaycanın Vatikana akkreditə edilmiş səfiri Elçin Əmirbəyov bu ölkənin mədəniyyət naziri kardinal Canfranko Ravazi ilə müzakirə edib.

"Görüşün məqsədi Azərbaycan və Vatikan Mədəniyyət Nazirliyi arasında əməkdaşlığın gələcək dərinləşdirilməsi perspektivləri üzrə fikir mübadiləsi olub", - Trend-ə Əmirbəyov bildirib.

Onun sözlərinə görə, kardinal Ravazi Azərbaycanın mədəni dialoqdakı müstəsna rolunu xatırladaraq bir daha qeyd edib ki, Azərbaycan dözümlülük və tolerantlıq nümunəsidir. "Ravazi ikitərəfli əməkdaşlığın, o cümlədən mədəniyyət sahəsində indiki səviyyəsini yüksək qiymətləndirib və əməkdaşlıq üzrə yeni layihələrin həyata keçirilməsinə kömək etməyə hazır olduğunu bildirib", - səfir vurğulayıb.

Azərbaycan səfiri nazirin bu yaxınlarda Bakıya səfərini səmimiyyətlə xatırlayaraq, əlaqələrin bundan sonra davam etdirilməsi ilə bağlı istəyini ifadə edib. Diplomat Vatikanın mədəniyyət nazirinin diqqətinə mədəniyyət sahəsində əməkdaşlıq üzrə bir neçə yeni layihəni çatdırıb.

Tərəflər yaxın vaxtlarda bu layihələrin praktiki surətdə həyata keçirilməsi barədə razılığa gəliblər.

"Kardinal Azərbaycan rəhbərliyinə, Heydər Əliyev Fondunun prezidentinə Azərbaycanın və təkcə Azərbaycanın olmayan mədəni irsinin qorunmasına dəstəyinə görə ən xoş arzularını çatdırmağı xahiş edib. O, ümid etdiyini bildirib ki, yaxın vaxtlarda Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu arasında konkret praktiki və qarşılıqlı faydalı əməkdaşlıq qurulacaq", - Əmirbəyov qeyd edib.

Xəbər lenti

Xəbər lenti