...

Bəzi müxalifət partiyaları Azərbaycan dövlətinin maraqlarına toxunan pozucu mövqedən çıxış edirlər - Əli Həsənov

Siyasət Materials 17 Mart 2011 18:24 (UTC +04:00)
Təəssüflər olsun ki, bəzi müxalifət partiyaları bu gün Azərbaycan dövlətinin, millətinin maraqlarını təmsil edən məsələlərdə nəinki dialoqa hazır olmadıqlarını nümayiş etdirirlər, eyni zamanda, ümumiyyətlə dövlətin, millətin maraqlarına toxunan məsələlərdə pozucu bir mövqedən çıxış edirlər.
Bəzi müxalifət partiyaları Azərbaycan dövlətinin maraqlarına toxunan pozucu mövqedən çıxış edirlər - Əli Həsənov

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir H.Vəliyev/

Təəssüflər olsun ki, bəzi müxalifət partiyaları bu gün Azərbaycan dövlətinin, millətinin maraqlarını təmsil edən məsələlərdə nəinki dialoqa hazır olmadıqlarını nümayiş etdirirlər, eyni zamanda, ümumiyyətlə dövlətin, millətin maraqlarına toxunan məsələlərdə pozucu bir mövqedən çıxış edirlər. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Bəzi müxalifət partiyaları cəhd göstərirlər ki, dövlətin atdığı addımlar uğursuzluqla yekunlaşsın, dövlətin daxili və xarici siyasəti iflasa uğrasın. Belə qüvvələrlə dialoq aparmağın heç bir mənası yoxdur. Belə qüvvələrlə yalnız onların öz dilində danışmaq lazımdır. Təəssüf edirəm ki, Azərbaycanda belə qüvvələr var - düzdür onlar çoxluq təşkil etmir, belələri cəmiyyətin aparıcı partiyaları deyil, onların arxasında xüsusi ciddi sosial dayaq yoxdur, amma onlar bizim vətəndaşımızdır, bizim ölkədə yaşayırlar və istər-istəməz biz onlarla təmasa girməyə məcburuq", - Həsənov iqtidar-müxalifət dialoqunun mümkünlüyünə dair suala cavab verərkən deyib.

PA rəsmisi deyib ki, dialoq hər bir cəmiyyətin əsas tələblərindən biridir.

"Cəmiyyəti idarə edən, yəni həmin dövr üçün seçicilərdən mandat alıb, dövləti idarə edən qruplar olur, bir də dövləti idarə edənlərə müxalif olan apponentlər olur. Bunlar arasındakı normal dialoq həmişə bütün cəmiyyətlərdə müsbət dəyərləndirilib və Azərbaycan cəmiyyəti bunu dəyərləndirir. Biz Azərbaycan müxalifəti ilə daim təmasda oluruq, daim onlarla bu və ya digər məsələlərin müzakirəsinə hazır olduğumuzu bəyan edirik və dəfələrlə olubdur ki, bu və ya digər məsələlərin həlli ilə bağlı onlarla yığışmışıq. Xüsusən ümumilli əhəmiyyət kəsb edən məsələləri, Azərbaycan dövlətinin maraqlarına toxunan məsələləri müzakirə etmişik. Bundan sonra da buna hazırıq", - Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti