...

Azərbaycan xarici işlər naziri Avropa Parlamentinin üzvünü qəbul edib

Siyasət Materials 17 Mart 2011 19:01 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvü Zoran Toneri qəbul edib.
Azərbaycan xarici işlər naziri Avropa Parlamentinin üzvünü qəbul edib

Azərbaycan, Bakı, 17 mart /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvü Zoran Toneri qəbul edib. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Nazir Elmar Məmmədyarov avropalı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflər arasında aparılan danışıqlar prosesi barədə məlumat verib və münaqişənin diplomatik yolla həlli potensialının hələ də tükənmədiyini bildirib.

Həmçinin, nazir Məmmədyarov 2010-cu ilin may ayında Avropa Parlamenti tərəfindən "Avropa İttifaqının Cənubi Qafqaza dair strategiyaya ehtiyacı" adlı qətnamənin qəbul edilməsini və qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair əks edilmiş mövqeyi yüksək qiymətləndirib.

Avropa Parlamentinin üzvü Azərbaycanda olmasından məmnunluq duyduğunu bildirib.

Toner Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin beynəlxalq hüquq və normalara söykəndiyini bildirib.

Həmçinin, görüş zamanı bir sıra qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti