...

Azərbaycan Prezidentinin Qazaxıstana rəsmi səfəri gözlənilir - səfir (ƏLAVƏ OLUNUB) (VİDEO)

Siyasət Materials 30 Mart 2011 13:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov məlumat verib.
Azərbaycan Prezidentinin Qazaxıstana rəsmi səfəri gözlənilir - səfir (ƏLAVƏ OLUNUB) (VİDEO)

İkinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:45-də dərc olunub)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov məlumat verib.

Səfirin sözlərinə görə, hazırda səfərin vaxtı diplomatik kanallar vasitəsilə razılaşdırılır. "İki ölkə nəhəng potensiala və bütün istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş meydana malikdir, yüksək səviyyədə belə görüşlərin keçirilməsi çox vacibdir və fikir mübadiləsinin aparılması, əldə olunan razılaşdırmaların uğurla reallaşdırılması üçün zəruridir", - diplomat deyib.

İki dövlət başçısının görüşü zamanı neft-qaz sahəsində, ticarət gəmiçiliyi və aqrar sahədə əməkdaşlıq üzrə sazişlərin imzalanacağı gözlənilir. Səfirin sözlərinə görə, 2010-cu ildə Qazaxıstan taxılının Azərbaycana ixracı 2009-cu illə müqayisədə 4 dəfə artaraq 250 min tondan bir milyon tona çatıb.

Diplomatın bildirdiyinə görə, dövlət başçıları mədəni-humanitar sahədəki məsələləri və mayda Azərbayca ərazisində keçiriləcək "Böyük İpək Yolu-1000 ildən sonra" ekspedisiyasını müzakirə edəcəklər. Ekspedisiya Qazaxıstan tərəfindən təşkil olunub və mayın 1-də Astanada başlayaraq, Mərkəzi Asiya və Avropanın 23 ölkəsinə səfərlə davam edəcək.

Qarşıdakı səfər İlham Əliyevin Astanaya cavab səfəridir. Ötən ilin noyabrında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Xəzəryanı dövlət başçılarının sammitində iştirak etmək üçün Azərbaycana səfər etmişdi.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti