...

Azərbaycanın müxalif partiyaları inteqrasiya məsələsini müzakirə ediblər

Siyasət Materials 30 Mart 2011 18:15 (UTC +04:00)
Trend-in məlumatına görə, çərşənbə günü Yaşıllar Partiyasının (AYP) qərargahında keçirilən görüşdə AYP sədri Mais Gülalıyev, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev iştirak ediblər.
Azərbaycanın müxalif partiyaları inteqrasiya məsələsini müzakirə ediblər

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif partiya sədrləri inteqrasiya məsələsini müzakirə etmək üçün görüş keçiriblər. Trend-in məlumatına görə, çərşənbə günü Yaşıllar Partiyasının (AYP) qərargahında keçirilən görüşdə AYP sədri Mais Gülalıyev, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev iştirak ediblər.

Üçtərəfli görüşdə ölkədəki mövcud vəziyyət və müxalifətdaxili proseslər də müzakirə olunub.

Partiya sədrləri apardıqları müzakirələr zamanı müxalifətdaxili inteqrasiya prosesinin perspektivinə dair məsələyə xüsusi diqqət yetiriblər. Əldə olunan razılaşmaya əsasən, bu istiqamətdə məsləhətləşmələr davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti