...

TÜRKPA missiyası Qazaxıstandakı prezident seçkilərinin legitimliyini tanıyıb (FOTO)

Siyasət Materials 4 Aprel 2011 11:26 (UTC +04:00)
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) missiyası Qazaxıstandakı prezident seçkilərinin legitimliyini və onların beynəlxalq standartlara uyğun keçirildiyini tanıyıb.
TÜRKPA missiyası Qazaxıstandakı prezident seçkilərinin legitimliyini tanıyıb (FOTO)

Qazaxıstan, Astana, 4 aprel /Trend, müxbir A.Maratov/

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) missiyası Qazaxıstandakı prezident seçkilərinin legitimliyini və onların beynəlxalq standartlara uyğun keçirildiyini tanıyıb.

"Seçki günü sakit və işgüzar atmosferdə keçib, səsvermənin bütün mərhələlərini keçirilməsi müsbət qiymətləndirilib", - Trend-in məlumatına görə, missiyanın rəhbəri, Azərbaycandan olan deputat Aydın Mirzəzadə bazar ertəsi brifinqdə, işlərin ilkin yekunları barədə danışarkən bildirib.

TÜRKPA missiyası səsvermə günü altı seçki məntəqəsinə baş çəkib. Mirzəzadənin sözlərinə görə, missiya üzvləri səsvermənin gedişini müşahidə etmək üçün məntəqələrə maneəsiz giriş imkanı əldə ediblər.
Bazar günü Qazaxıstanda prezident seçkiləri keçirilib. MSK-nın ilkin məlumatına görə, hazırkı prezidenti Nursultan Nazarbayev seçicilərin 95,5 faizinin səsini toplayıb.

Üç yerdə qalan namizədə verilən səslər aşağıdakı qaydada bölüşdürülüb: Ahmetbekov (Jambıl) -1,4%, Yeliusizov (Mels) - 1,2%, Qasımov (Qani) 1,9%.

Qazaxıstan qanunvericiliyinə uyğun olaraq, səsverməyə aprelin 12-dən gec olmayaraq yekun vurulacaq.

TÜRKPA missiyası rəhbərinin sözlərinə görə, Mərkəzi Seçki Komissiyası və seçki komissiyaları yerlərdə bütün qazaxıstanlıların öz iradələrini ifadə etmələri üçün şərait yaradıblar, KİV-in siyasi baxışların geniş spektrinə çıxışını təmin ediblər.

Mirzəzadə səsvermənin gedişindəki bəzi texniki qüsurları qeyd edib. Onun sözlərinə görə, lakin həmin çatışmazlıqlar keçirildikləri ölkədən asılı olmayaraq, bütün müasir seçkilər üçün xarakterikdir.

"TÜRKPA müşahidəçiləri qrupu qeyd edir ki, göstərilən çatışmazlıqlar kütləvi xarakter daşımır və onlar seçkilərin nəticələrinin etibarlılığına şübhə yarada biləcək nəticələrə gətirib çıxarmayıb", - Mirzəzadə bildirib.

Səsvermə beynəlxalq müşahidəçilərin iştirakı ilə dinc atmosferdə keçirilib, seçkilərin demokratikiliyi xalqın öz iradəsini ifadə etməsi ilə təsdiqlənib.

Seçkilərin gedişini ölkədə akkreditə olunmuş 1059 müşahidəçi izləyib. Nisbətən daha çoxsaylı missiyalar MDB-dən (425 nəfər) və ATƏT/DTİHB-dən (357 nəfər) olub. Həmçinin, seçkiləri 250-dən artıq xarici jurnalist izləyib.

Müşahidə missiyalarının bir çoxu bazar ertəsi öz ilkin qiymətləndirmələrini elan edəcəklər.

Xəbər lenti

Xəbər lenti