...

Bakıda qadın və gənclərin Azərbaycanın ictimai həyatında iştirakı müzakirə ediləcək

Siyasət Materials 5 Aprel 2011 14:58 (UTC +04:00)
ATƏT-in Bakı ofisi mayda fəal vətəndaş mövqeyi, qadın və gənclərin ictimai həyatda iştirakı ilə bağlı seminar keçirəcək. Trend-in məlumatına görə, bu barədə ofisdən bildirilib.
Bakıda qadın və gənclərin Azərbaycanın ictimai həyatında iştirakı müzakirə ediləcək

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

ATƏT-in Bakı ofisi mayda fəal vətəndaş mövqeyi, qadın və gənclərin ictimai həyatda iştirakı ilə bağlı seminar keçirəcək. Trend-in məlumatına görə, bu barədə ofisdən bildirilib.

Dördgünlük seminarda vətəndaş cəmiyyətinin və siyasi partiyaların 25-ə yaxın nümayəndəsi iştirak edəcək. Tədbir iştirakçıları ATƏT-in prinsip və öhdəlikləri barədə məlumatlandırılacaq.

ATƏT-in Bakı ofisi Daimi Şuranın 16 noyabr 1999-cu il tarixli qərarı il yaradılıb və 17 iyun 2000-ci il tarixli mandatı əsasında fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti