Azərbaycan Prezidenti Astara qaz-kompressor stansiyasının açılışında iştirak edib (FOTO)

Azərbaycan Prezidenti Astara qaz-kompressor stansiyasının açılışında iştirak edib (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 16:50-də yayılıb)

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də Astara qaz-kompressor stansiyasının açılışında iştirak edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Stansiyanın kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə məlumat verib ki, Astara rayonundakı qaz-kompressor stansiyasının tikinti işləri uğurla başa çatdırılıb və Dövlət Komissiyası tərəfindən istismara qəbul edilib.
Stansiyada müasir avtomat sistemlər və avadanlıqdan istifadə etməklə giriş qazının təmizlənməsi, kompressorlarda iki pillədə sıxılması, sıxılmış qazın soyudulması, həcminin ölçülməsi və qazın magistral kəmərə vurulması üzrə bütün zəruri işlər görülüb.

Dövlətimizin başçısı stansiyanın fəaliyyəti ilə yaxından tanış olub və müəssisəni işə salıb.

Bildirilib ki, mövcud Astara qaz-kompressor stansiyası Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatı məqsədilə 2005-ci ildə iki qaz-turbin mühərrikli kompressor və köməkçi avadanlıqla komplektləşdirilərək tikilib istismara verilib. Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatının daha etibarlı təmin edilməsi və Azərbaycan ilə İran arasında bağlanmış müqaviləyə uyğun olaraq, qonşu ölkəyə təbii qazın ixracı məqsədilə yeni kompressor stansiyasının tikilməsi qarşıya aktual vəzifə kimi qoyulmuşdu. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Birinci mərhələdə 6 "10 QKNAM" markalı qaz mühərrikli kompressor aqreqatı quraşdırılmaqla mövcud kompressor stansiyası ilə birlikdə nəql edilən qazın gündəlik həcmi 3,5 milyon kubmetr səviyyəsinə çatdırılıb. İkinci mərhələdə isə kompressor aqreqatlarının sayını 10-dək artırmaqla hər iki kompressor stansiyasının gücünun 5 milyon kubmetrə çatdırılması nəzərdə tutulur.

Qeyd edilib ki, tikinti işləri ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında "Azəriqaz" İstehsalat Birliyinin sifarişi ilə "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilib. Stansiyada 108 nəfər daimi işlə təmin olunub.

Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, stansiya ərazisində tikilən inzibati binada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, otaqlar müasir avadanlıqla təchiz olunub.

Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirib, stansiyanın kollektivinə uğurlar arzulayıb.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi internet saytı

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
Bakı-İstanbul və İstanbul-Bakı üzrə -ın bütün reysləri sabah günün birinci yarısına keçirilib
Ötən il ölkədə elektrik enerjisi istehsalı artıb (FOTO)
“DOST İş” Mərkəzi 900 şəxsi aqrar sahələr üzrə işlərə cəlb edib
Bakıda daha 175 sürücü qanunsuz parklanmaya görə cərimələnib (FOTO/VİDEO)
Tağıyevin heykəlinə zərər vuranlar həbs olunub
“BlueNoroff” kriptovalyuta startaplarının hesablarını boşaldır - Kaspersky
“Yüksəliş” müsabiqəsinin İşçi qrupu qaliblərlə görüşüb (FOTO)
Azərbaycan televiziya kanalları HD formatda yayıma başlayacaq
Prezident İlham Əliyev: Ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq
Prezident İlham Əliyev: Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar
İran-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasının vaxtı açıqlandı
İranla Azərbaycan arasında yeni avtomobil körpüsünün tikintisi ilin sonuna kimi başa çatacaq - Şahin Mustafayev
Azərbaycan MDB sazişinə dəyişikliklər barədə Protokolu qeyd-şərtlə təsdiqləyib
Xaçmaz RİH başçısı Elnur Rzayevin Şəhidlər xiyabanından qovulması ilə bağlı məlumatlar əsassız və qərəzlidir - İcra Hakimiyyəti
29 il sonra misli ilə alınan qisas - Qəhrəman hərbçilərimiz Daşaltıda şəhidlərimizi andı (FOTO/VİDEO)
Ziraat Bank Azərbaycan beynəlxalq ödəniş sistemi tərəfindən mükafatlandırılıb
Qar yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
Koronavirusa görə Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırılıb
İtkin düşən Tərtər sakini axtarılır
Azərbaycan və İran arasında Astaraçay üzərində körpünün tikintisi ilə bağlı protokol imzalanıb (FOTO)
Xəzərin suyu niyə sürətlə azalır?
Azərbaycan ərəb ölkələrinə zəfəran ixrac edəcək (FOTO/VİDEO)
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib
Qərbi Makedoniya Universitetinin nümayəndə heyəti ADNSU-da görüşlərə başlayıb (FOTO)
Ötən il "TikTok" blogerləri iri şirkət rəhbərlərindən daha çox qazanıb
Ağır yaralanan qazilərə 264 əməliyyat həyata keçirilib - Travmatoloq
İstanbul hava limanı bu tarixədək bağlı qalacaq
Saray qəsəbəsində 16 evdən oğurluq edən şəxs saxlanılıb
Azərbaycanla İran arasında sərhəd-keçid rejimi sadələşdirilə bilər - Nazir
“Qarabağ”ın oyunu təxirə salındı
Bakıda müəllimi döyən şəxs saxlanıldı - RƏSMİ
Bakıda polislər özünü dənizə atan şəxsi xilas edib
Bu gün Azərbaycan və İran arasında yeni avtomobil körpüsünün inşasına başlanılır
Bu dəyərlərin yetişən gənc nəsil arasında təbliği olduqca vacibdir - Şahin İsmayılov
Yanvarın 27-dən hava şaraiti dəyişəcək - Umayra Tağıyeva
Ağalı kəndində ilk "Ağıllı kənd"in inşası ilə bağlı işlər başa çatmaq üzrədir - Nazir müavini
Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib (FOTO)
Xalq Bank Visa tərəfindən mükafata layiq görüldü
Hazırda Bakıdan İstanbula iki reysin uçuşu gecikir - AZAL
Özəl sektorun Qarabağda quruculuq prosesinə cəlb edilməsi işlərin sürətli həyata keçirilməsinə zəmin yaradır - Nazir müavini
Əli Əsədovla Belarusun Baş naziri arasında telefon danışığı olub
Azərbaycan yaxın zamanlarda Qarabağı ən gözəl regiona çevirəcək - Şahin Mustafayev
Sabahın hava proqnozu açıqlanıb
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
İşğaldan azad olunan ərazilərin bərpasına öz töhfəmizi verəcəyik - İranın şəhərsalma naziri
Azad edilmiş ərazilərdə aqrar emal müəssisələrinin yaradılması nəzərdə tutulur - Nazir müavini
Azad olunmuş rayonlarda qoşunların fasiləsiz hərəkəti təmin edilir (VİDEO)
Sabunçuda 43 yaşlı kişini döyüb öldürən şəxs həbs edildi
Azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərənlər arasında qadın sahibkarlarımız da var - Orxan Məmmədov
KOB İnkişaf Mərkəzləri tərəfindən 2021-ci il ərzində keçirilən təlimlərdən 9000-ə yaxın qadın yararlanıb
Bakıda narkotik qəbul edən taksi sürücüsü saxlanılıb (FOTO/VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib (FOTO)
Qarabağ və Şərqi Zəngəzurda qadın sahibkarlığın inkişafına nail olunmalıdır - Bahar Muradova
Sumqayıtda Qadın Resurs Mərkəzi açılacaq
Yunanıstanda kəskin hava şəraitinə görə məktəb və idarələr bağlanıb
Azərbaycan nefti ucuzlaşıb
Ərazi bütövlüyünün təmini gələcəkdə Azərbaycanın sürətlə inkişafına səbəb olacaq - YAP-ın sədr müavini
Dəfələrlə məhkum olunmuş "falçı" qadın saxlanılıb - 4800 manatlıq qızıl oğurlayıb
Könüllü vergi ödənişlərinin xüsusi çəkisi 90 faizə yaxınlaşıb - Nazir
Zakir Həsənovun İrana səfəri başlayıb
İşğaldan azad olunan ərazilərdə üç gömrük postu istifadəyə verilib
Qazaxıstan, Özbəkistan və Qırğızıstanda eyni anda işıqlar sönüb
Azərbaycanda ərəblərin növbəti "ov macəraları" araşdırılır - AÇIQLAMA
ADU-nun rektoru Mərakeş səfiri ilə görüşüb (FOTO)
Bakıda qanunsuz parklanmaya görə 35-ə yaxın nəzarətçi saxlanıldı, 1000 nəfər cərimələndi
“ADY Konteyner” Assaka-Bakı marşrutu üzrə ilk konteyner blok qatarının çatdırılmasını həyata keçirib
Vətəndaşların müvəqqəti qeydiyyatı niyə ləğv edilib?
Bakıda avtomobildən 11 min manat oğurlandı
Borca görə müəllimi qətlə yetirən şəxsə hökm oxundu
Şirvanda oğurluq edən iki nəfər saxlanılıb (FOTO)
Bakı Ali Neft Məktəbində ITACA Təlim və Tədqiqat Mərkəzi açılıb (FOTO)
Visa ABB-ni mükafatlandırıb
Evini tərk edən daha bir koronavirus xəstəsinə cinayət işi başlanıb
Ötən il İcbari Tibbi Sığorta Agentliyinə daxil olan müraciətlərin yarısı koronavirusla bağlı olub
Bu şəxslər də karantində 7 gün qalacaq - Yeni qərar
Kürdəmirdə yeni nov kanallar quraşdırılıb (FOTO)
İlk dəfə Cəbrayılın Mahmudlu stansiyasına qədər işçi qatarlar hərəkət edir (FOTO)
Buraxılış imtahanlarında keçirilməyən mövzulardan suallar salınmayacaq - DİM
Bakıda telefon mağazasındakı ölümlə bağlı cinayət işi başlandı
Dənizdə külək enerjisindən istifadə üzrə Yol Xəritəsinin ilkin layihəsi müzakirə olunub (FOTO)
Toyda karantin qaydalarını pozan şəxs həbs edildi
Balakəndə qanunsuz ov edən qonşular saxlanılıb (FOTO)
Bakıda ikimərtəbəli ev yanıb
Şəmkir sakinində silah və narkotik aşkar edilib (FOTO/VİDEO)
İtaliyada prezident seçkilərinin birinci turu nəticəsiz qalıb
Prezident İlham Əliyevin 2022-ci ili Azərbaycanda “Şuşa ili” elan etməsi bütün dünya azərbaycanlıları üçün böyük bayramdır - Xalq artisti Fərhad Bədəlbəyli
Gəncədə avtomobillərdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
İstanbulun Sabiha Gökçen hava limanında bütün əməliyyatlar dayandırılıb
Makron yaxın günlərdə Putin və Zelenski ilə telefonla danışacaq
Haitidə baş verən zəlzələ nəticəsində 50-dən çox insan xəsarət alıb
İstanbulda güclü qar səbəbindən dövlət qulluqçuları inzibati məzuniyyətə göndəriləcək
"F-35" qırıcısı təyyarə gəmisinə enməyə cəhd edərkən qəzaya uğrayıb
Afrika Millətlər Kubokunun oyunu zamanı izdiham baş verib, 6 nəfər yaralanıb
ABŞ-da 8500 hərbçi yüksək hazırlıq vəziyyətinə gətirilib
Meksika mətbuatında 20 Yanvar faciəsindən bəhs edilib (FOTO)
Balotelli 2018-ci ildən bəri ilk dəfə İtaliya milli futbol komandasına çağırılıb
Samuxda kafedə yanğın olub
Burkina Fasoda hərbçilər ölkədə hakimiyyəti ələ keçirdiklərini bildiriblər
Ukraynada hazırkı vəziyyət nəzarət altındadır - Vladimir Zelenski
Ukraynanın baş naziri milli iqtisadiyyatın fəaliyyətinə təhlükənin olmadığını açıqlayıb
Bütün xəbərlər