...

Azərbaycan Prezidenti Çexiyanın keçmiş Baş nazirini qəbul edib

Siyasət Materials 19 Aprel 2011 16:38 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Çexiya Respublikasının keçmiş Baş naziri, "VAE Controls" şirkətinin Direktorlar Şurasının sədri Mirek Topolaneki qəbul edib
Azərbaycan Prezidenti Çexiyanın keçmiş Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Çexiya Respublikasının keçmiş Baş naziri, "VAE Controls" şirkətinin Direktorlar Şurasının sədri Mirek Topolaneki qəbul edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Çexiyanın keçmiş Baş naziri, "VAE Controls" şirkətinin Direktorlar Şurasının sədri Mirek Topolanek Bakıda çox böyük inkişafın şahidi olduğunu və burada aparılan quruculuq işlərinin onda dərin təəssürat yaratdığını dedi.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mirek Topolanek ilə Praqada keçirilən "Cənub Dəhlizi-Yeni İpək yolu" sammitindəki görüşü məmnunluqla xatırlandı, dövlətimizin başçısının həmin sammitdə iştirakının önəmi qeyd olundu, Azərbaycan ilə Çexiya arasında işgüzar əlaqələrə dair fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti