...

Rusiya Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində işlərin sürətləndirilməsinin tərəfdarıdır

Siyasət Materials 26 Aprel 2011 14:17 (UTC +04:00)
Rusiya Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində işlərin sürətləndirilməsinin tərəfdarıdır.
Rusiya Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində işlərin sürətləndirilməsinin tərəfdarıdır

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/

Rusiya Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində işlərin sürətləndirilməsinin tərəfdarıdır.

"Rusiya Xəzəryanı dövlət başçılarının növbəti sammitinədək mötəbər sənədlərin layihəsini hazırlaya bilmək üçün dənizin hüquqi statusuna dair Konvensiya üzərində işlərin sürətləndirilməsinin tərəfdarıdır. İşçi qrup səviyyəsində Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsinin razılaşdırılması arzuolunandır", - Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Qolovin çərşənbə axşamı Bakıda xüsusi işçi qrupun iclasında bildirib.

Çərşənbə axşamı Bakıda Xəzərin hüquqi statusuna dair Konvensiya üzrə xüsusi işçi qrupun növbəti iclası keçirilib.

Qolovinin sözlərinə görə, Rusiya müvafiq sazişin hazırlanmasını üzərinə götürüb və növbəti görüş zamanı sənəd müzakirə edilə bilər.

 Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti