...

Azərbaycan Prezidenti Sabirabad sakinləri üçün tikilmiş yeni mənzillərlə tanış olub (FOTO)

Siyasət Materials 5 May 2011 16:33 (UTC +04:00)
Mayın 5-də Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində ötən ilin mayında Kür çayının daşması nəticəsində Qasımbəyli kəndində evlərini itirmiş sakinlər üçün tikilmiş yeni mənzillərlə tanış olub.
Azərbaycan Prezidenti Sabirabad sakinləri üçün tikilmiş yeni mənzillərlə tanış olub (FOTO)

Mayın 5-də Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində ötən ilin mayında Kür çayının daşması nəticəsində Qasımbəyli kəndində evlərini itirmiş sakinlər üçün tikilmiş yeni mənzillərlə tanış olub. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısına məlumat verilib ki, təbii fəlakətin baş verdiyi bölgədə işlər bu gün də davam etdirilir. Daşqınlar nəticəsində dağılmış evlərin əvəzinə yenilərinin tikilməsi, zərər çəkmiş binaların isə bərpa olunması istiqamətində işlər uğurla həyata keçirilir. Bu məsələdə Sabirabad rayonu da diqqətdən kənarda qalmayıb.

Prezident İlham Əliyev kənd sakini Bəxtiyar Abışovun evində olub. Bildirilib ki, təbii fəlakət nəticəsində, əsasən, çiy kərpicdən inşa edilən evlər dağılıb. Lakin inşaat işlərinin gedişində evlərini itirmiş insanlar üçün daha keyfiyyətli və bütün standartlar nəzərə alınaraq yeni evlərin tikintisinə xüsusi diqqətlə yanaşılıb. Əvvəlkilərlə müqayisədə yeni mənzillərdəki otaqların sayı daha çox və sahəsi genişdir.

Qeyd edilib ki, məişət əşyalarının sıradan çıxması nəzərə alınaraq mənzillər yeni avadanlıqlarla təchiz olunub. Qasımbəyli kəndində 74 ev tikilib ki, onlardan 55-i artıq istifadəyə verilib. Ümumilikdə isə Qasımbəyli də daxil olmaqla Sabirabadın Yuxarı Axtaçı, Muradbəyli, Əsgərbəyli kəndlərində 169 fərdi ev tikilib. Bu evlərin 85-i artıq istifadədir.

Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, Kür və Araz çaylarının daşması nəticəsində dəymiş ziyanın aradan qaldırılması, dağılmış infrastrukturun bərpası demək olar ki, başa çatdırılıb. Zərər çəkən insanlara 10 milyon manatadək kompensasiya ödənilib.

Rayonun Kür çayı boyunca yerləşən kəndlərində bəndvurma və sahilbərkitmə işlərinin əsas mərhələsi başa çatdırılıb. Ümumilikdə bu il rayon ərazisində Kürün sağ və sol sahilləri boyunca 16 kilometr məsafədə mühafizə bəndinin təmiri və qayakəsmə işləri aparılıb. Sabirabadın bir çox kəndlərində ümumilikdə 13 su keçidi və şlüzlər tikilib. Bununla da gələcəkdə yarana biləcək problemlərin qarşısı alınıb, insanların təhlükəsizliyinin maksimum təmin olunması sahəsində ciddi işlər görülüb.

Ev sahibləri göstərilən yüksək diqqət və qayğıya, onlar üçün inşa edilmiş geniş və yaraşıqlı evə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti