Azərbaycan, Bakı, 6 may /Trend/
Türkiyənin paytaxtı İstanbul şəhərində Ümumdünya q adın s ammiti öz işinə başlayıb. Sammitdə dünyanın onlarla ölkəsindən gələn birinci xanımlar, nazirlər, ictimai-siyasi həyatda və biznesdə uğurlar əldə etmiş qadınlar, xanım millət vəkil lər i dünyanın hər yerində qadınların daha çox və daha keyfiyyətli təhsil almasının vacibliyi və bu istiqamətdə həllini gözləyən problemlər və müxtəlif bölgələrdə bu istiqamətdə həyata keçirilən layihələr ətrafında müzakirələr aparıblar.
Eyni zamanda iqtisadiyyatda, biznesdə, ictimai-siyasi həyatda, dövlətin idarə olunmasında və ümumiyyətlə, bütün sahələrdə qadınların rolunun daha da artırılmasının vacibliyi, bu istiqamətdə vəziyyət, həllini gözləyən məsələlər, müxtəlif bölgələrdə əldə olunan uğurlar istiqamətində də müzakirələr aparılır. Sammitin prezidenti İrene Natividad bütün sahələrdə qadınların rolunun artmasının, onların daha təhsilli və savadlı olmasının dünyanın bu günü və gələcəyi üçün böyük önəm daşıdığını vurğulayıb.
Trend-in məlumatına görə, Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğanın da iştirak etdiyi sammitin birinci günü zirvə toplantısında iştirak edən millət vəkili, AŞ PA-nın Gender bərabərliyi komitəsinin üzvü Qənirə Paşayeva müzakirələr çərçivəsində Azərbaycanda qadınların cəmiyyətdə, ictimai-siyasi həyatda, biznesdə və digər istiqamətlərdə rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə məlumatlar verib. Sammit çərçivəsində millət vəkili Qənirə Paşayeva eyni zamanda Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan, Malayziyanın birinci xanımı Datin Paduka Seri Rosman Mansor, Türkiyənin qadın məsələləri üzrə dövlət naziri Selma Aliye Kavaf, Malayziyanın qadın, ailə və ictimai işlər naziri Şahrizad Abdul Calil ilə də görüşüb.
Millət vəkili müzakirələr və sammit çərçivəsində müxtəlif ölkələrdən gəlmiş nüfuzlu qadınlarla, İspaniyanın bərabərlik üzrə dövlət naziri Bibiana Aido, Banqladeşin qadın və uşaq məsələləri üzrə naziri Şirin Şarmin Çodşuri və bir sıra nüfuzlu qadınlarla görüşündə onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Qənirə Paşayeva 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi Yerevanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. Millət vəkili Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr tətbiq etməsi, bu gün də onlarla azərbaycanlının Ermənistanda əsir və girov saxlanılması barədə məlumatlar verib. Ermənistanın bu gün də işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu hərbi mövqelərdən atəşkəs rejimini pozaraq sivil insanları, qadınları, uşaqları snayperlərlə hədəfə alaraq qətlə yetirməsi kimi vandalizm aktlarını da onların diqqətinə çatdırıb. O, Ermənistan Silahlı Qüvvələrinin 8 mart beynəlxalq qadınlar bayramı günündə Ağdam rayonunun 9 yaşlı sakini, ananın tək övladı olan Fariz Bədəlovu snayperlərlə hədəfə alınaraq qətlə yetirməsi kimi insanlıqdan kənar addımları barədə də ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, sey i rçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.
Millət vəkili görüş zamanı onları Azərbaycana da dəvət edib. Sammit 3 gün davam edəcək.