...

DİN-in Sıravi və Kiçik Rəis Heyətinin andiçmə mərasimi keçirilib

Siyasət Materials 14 May 2011 18:44 (UTC +04:00)
Bu gün Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində 2011-ci tədris ilinin ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin andiçmə mərasimi keçirilmişdir
DİN-in Sıravi və Kiçik Rəis Heyətinin andiçmə mərasimi keçirilib

Bu gün Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində 2011-ci tədris ilinin ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin andiçmə mərasimi keçirilmişdir. Tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov iştirak etmişdir.

Məktəbin rəisi, polis polkovniki Ramiz Abdullayev bu münasibətlə sıra meydanına düzülmüş şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə nazir müavininə raport verdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət himnimiz səslənmişdir.

Polis polkovniki Ramiz Abdullayev şəxsi heyətin peşə, mənəvi və fiziki hazırlığının artırılması məqsədi ilə Məktəb rəhbərliyi və komandir-müəllim heyəti tərəfindən həyata keçirilmiş məqsədyönlü tədbirlər və bu sahədə əldə olunmuş uğurlu nətijələr barədə çıxış etmişdir.

O, məmnunluqla qeyd etmişdir ki, tədris toplanışı dövründə şəxsi heyətlə aparılan təlim-tərbiyə işləri nəticəsində intizam məsuliyyətinə cəlb olunan dinləyici olmamış, yekun imtahanlarında onlar xüsusi, atəş və fiziki hazırlıq fənnlərindən yüksək nəticələr göstərmiş, 12 nəfər dinləyici isə keçirilən müxtəlif idman yarışlarında yüksək naliyyətlər əldə etdiklərinə görə mükafatlandırılmışdır.

Təntənəli mərasimdə çıxış edən nazir müavini, polis general-leytenantı Əsgər Ələkbərov DİN rəhbərliyi və şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından mərasim iştirakçılarını həyatlarındakı əlamətdar və məsuliyyətli günlərdən biri- ilkin hazırlıq kursunu müvəffəqiyyətlə bitirmələri, şərəfli "Polis Andı"nı qəbul etmələri münasibəti ilə təbrik etmiş, onlara seçdikləri çətin, lakin şərəfli peşədə uğurlar arzulamış, xidmətləri boyunca ulu öndərin ideallarına, möhtərəm Prezidentimizin siyasətinə, vətənə və xalqa sədaqətli olmalarını tövsiyə etmişdir.

Ümumiyyətlə, ulu öndər tərəfindən xüsusi fərmanla təsdiq edilmiş Dövlət Gənclər siyasətinin daxili işlər orqanlarında da layiqincə yerinə yetirilməsindən, məhz bu siyasətin məntiqi nəticəsi olaraq hazırda polis sıralarında on mindən çox gəncin dövlətə və xalqa sədaqətlə xidmət etməsindən söz açan nazir müavini Ələkbərov möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də bu yaxınlarda anoloci sənədin imzalanajağını, nətijədə gənjlərimiz, o jümlədən DİO-nun əməkdaşları üçün yaxşı perspektivlərin açılajağını, ölkəmizin ijtimai-siyasi, sosial-iqtisadi həyatında onların daha yaxından iştirak etmələri üçün əlverişli şəraitin yaranajağını bildirmişdir.

Sıravi və kiçik rəis heyəti vəzifələrində çalışan əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, ümumilikdə, gənclərə lazımi diqqət və qayğının göstərilməsi ölkə rəhbərliyinin böyük önəm verdiyi əsas məsələlərdəndir. Ali diqqət və yüksək etimadın əyani təzahürüdür ki, bu gün vətənə və xalqa sədaqət andı içən 294 gənc polis nəfəri daxili işlər orqanlarında xidmətə başlayacaqdır.

Nazir müavini Ə.Ələkbərov ümummilli liderimiz kimi, möhtərəm Prezidentimiz jənab İlham Əliyevin də Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının ijtimai asayişin qorunmasında, jinayətkarlıqla mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər jür jinayətkar qəsdlərdən qorunmasında, insan və vətəndaş hüquq və azadlıqlarının təminində müstəsna rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini vurğulamış, DİO-nun fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün bütün tədbirlərin görüldüyünü, o cümlədən "Azərbayjan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyini, bu istiqamətdə müvafiq addımların bu gün də atıldığını xatırlatmışdır.

Polisin müasir texnika və avadanlıqla təjhizatının yaxşılaşdırılmasına, şəxsi heyətin sosial müdafiəsinin daha da güjləndirilməsinə, ümumilikdə, xidməti fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlmiş tədbirlərin uğurla davam etdirildiyini diqqətə çatdıran polis general-leytenantı Ə. Ələkbərov təkjə keçən il və jari ilin ötən müddətində daxili işlər orqanları üçün ümumilikdə 37 müxtəlif təyinatlı obyektin inşa edildiyini, bu qəbildən bir neçə tikilinin, o cümlədən DİN-in Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbi üçün yeni yeməkxana və yataqxana kompleksinin də Azərbaycan Polisinin peşə bayramı gününədək istifadəyə veriləjəyini məmnunluqla qeyd etmişdir.

Sonra dinləyicilər təntənəli şəkildə "Polis Andı"nı qəbul etmişlər.

Tədrisi başa vurmuş dinləyicilər adından çıxış edən S.Nağıyev vətənə, dövlətə və anda sadiq qalacaqlarına, gənclərə göstərilən dövlət qayğısını, diqqəti nümunəvi xidmətləri ilə doğruldacaqlarına söz vermişdir.

Daha sonra gənc polis əməkdaşlarının atəş hazırlığı və əlbəyaxa döyüş növü üzrə nümunəvi çıxışları olmuşdur.

Mərasim şəxsi heyətin nizami addımlarla tribuna önündən keçməsi ilə başa çatmışdır.
Andiçmə mərasimi incəsənət ustalarının və musiqiçilərin çıxışları ilə davam etmişdir.

Xəbər lenti

Xəbər lenti