...

Aİ Azərbaycana maliyyə yardımını 75 faiz artıracaq - Rolan Kobia (FOTO)

Siyasət Materials 18 May 2011 12:27 (UTC +04:00)
"Şərq tərəfdaşlığı" layihəsi Azərbaycan üçün geniş siyasi imkanlar açır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Rolan Kobia çərşənbə günü Bakıda başlayan "Şərq tərəfdaşlığı iki ildən sonra: uğurlar və çətinliklər" beynəlxalq konfransında məlumat verib.
Aİ Azərbaycana maliyyə yardımını 75 faiz artıracaq - Rolan Kobia (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/

"Şərq tərəfdaşlığı" layihəsi Azərbaycan üçün geniş siyasi imkanlar açır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Rolan Kobia çərşənbə günü Bakıda başlayan "Şərq tərəfdaşlığı iki ildən sonra: uğurlar və çətinliklər" beynəlxalq konfransında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanla Aİ arasında 15 illik əməkdaşlıq mövcuddur, lakin "Şərq tərəfdaşlığı" layihənin altı üzvünün inteqrasiyasının sürətlənməsinə yardım edəcək.

"Şərq tərəfdaşlığı"nın yaradılmasında məqsəd mövcud sərhədlərin insanlar arasında qoyduğu səddi aradan qaldırmaqdır", - Kobia deyib. Onun sözlərinə görə, bu layihə regional problemlərin həllinə yönəlib.

"Şərq tərəfdaşlığı" layihəsi çərçivəsində mövcud olan problemləri sadalayan Kobia qeyd edib ki, Azərbaycanla sərbəst iqtisadi zonaların yaradılması üzrə müzakirələrə hələ də başlanılmayıb.

Səfirin sözlərinə görə, eləcə də "Şərq tərəfdaşlığı" çərçivəsində Azərbaycana ayrılan məbləğ gələn ildən 75 faiz artırılacaq.

Onun sözlərinə görə, bu il Aİ "Şərq tərəfdaşlığı" çərçivəsində Azərbaycana 100 milyon avro ayıracaq.

Azərbaycan XİN-in İnsan Hüquqları, Demokratikləşmə və Humanitar Problemlər İdarəsinin rəisi Əlimirzamin Əsgərov konfransın gedişində deyib ki, "Şərq tərəfdaşlığı" həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq üçün imkanlar yaradır. O, ilin sonunadək Aİ ilə viza rejiminin sadələşdirilməsi üzrə danışıqların başlanacağına ümidini ifadə edib.

Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Rolan Kobia çərşənbə günü Bakıda jurnalistlərə assosiasiya haqqında sazişlə bağlı danışıqların növbəti mərhələsinin iyunun sonlarında Bakıda keçiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti