...

Əli Həsənov: Prezidentlər İlham Əliyev və Dmitri Medvedev tərəfindən Azərbaycan və Rusiyanın müasir münasibətlərinin təməli qoyulub

Siyasət Materials 18 May 2011 20:57 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov II Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində çərşənbə günü Həştərxan qubernatoru Aleksandr Jilkin və Rusiya Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurovla görüşüb.
Əli Həsənov: Prezidentlər İlham Əliyev və Dmitri Medvedev tərəfindən Azərbaycan və Rusiyanın müasir münasibətlərinin təməli qoyulub

Rusiya, Həştərxan, 18 may /Trend, müxbir V.Tükayev/

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov II Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində çərşənbə günü Həştərxan qubernatoru Aleksandr Jilkin və Rusiya Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurovla görüşüb.

"Prezidentlər İlham Əliyev və Dmitri Medvedev tərəfindən Azərbaycan və Rusiyanın müasir münasibətlərinin təməli qoyulub, - Əli Həsənov bildirib. - Bu əsasda biz Həştərxan forumunda gələcək addımlarımızı müzakirə edəcəyik, bizi birləşdirən məqamları tapacağıq".

Trend-in məlumatına görə, Həştərxan vilayətinin və Azərbaycanın münasibətlərindən danışan Aleksandr Jilkin onların dinamik inkişafını qeyd edərək vurğulayıb ki, hazırda Rusiya Azərbaycan ilə birgə bir sıra işgüzar, humanitar, sosial layihələr həyata keçirir. "Tərəflərin müasir münasibətləri üçün möhkəm tarixi köklər var və buna görə də Həştərxan Rusiya və Azərbaycanın dialoqu üçün həmişə fəaliyyət göstərən meydança ola bilər", - qubernator qeyd edib.

Rusiya Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurov görüşdə qeyd edib ki, Rusiya və Azərbaycan arasında münasibətlər tərəfdaş, strateji xarakter daşıyır.

"Sözsüz ki, regionlararası əməkdaşlıq, regionların birbaşa əlaqələri getdikcə daha çox əhəmiyyət kəsb edir. Məhz buna görə də biz bu forumu Həştərxanda keçiririk", - Vinokurov qeyd edib.

Mayın 19-da Həştərxanda "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda II Rusiya-Azərbaycan regionlararası forumun açılışı olacaq. Forum çərçivəsində plenar iclas və dörd "dəyirmi masa" keçiriləcək.

Xəbər lenti

Xəbər lenti