...

Spiker Oqtay Əsədov Yerji Buzekə Avropa Parlamentinin Azərbaycan üzrə qəbul etdiyi qətnamə ilə bağlı narahatlığını ifadə edib (FOTO)

Siyasət Materials 20 May 2011 14:03 (UTC +04:00)
Milli Məclisin spikeri Oqtay Əsədov Avropa Parlamentinin rəhbəri Yerji Buzekə təşkilatın Azərbaycan üzrə qəbul etdiyi qətnamə ilə bağlı narahatlığını ifadə edib.
Spiker Oqtay Əsədov Yerji Buzekə Avropa Parlamentinin Azərbaycan üzrə qəbul etdiyi qətnamə ilə bağlı narahatlığını ifadə edib (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir M.Əliyev/

Milli Məclisin spikeri Oqtay Əsədov Avropa Parlamentinin rəhbəri Yerji Buzekə təşkilatın Azərbaycan üzrə qəbul etdiyi qətnamə ilə bağlı narahatlığını ifadə edib.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə bizi ciddi narahat edir və bu qətnamənin qəbul edilməsinin səbəbləri hələ də bizə aydın deyil", - Trend-in məlumatına görə, Əsədov cümə günü Avropa Parlamentinin rəhbəri Yerji Buzeklə görüşündə bəyan edib.

Avropa Parlamenti mayın 12-də Azərbaycanda insan haqları və demokratiya ilə bağlı vəziyyəti tənqid edən qətnamə qəbul edib.

"Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə demokratik təsisatların, vətəndaş cəmiyyəti institutlarının yaradılması istiqamətində böyük işlər görülür. Ölkə cəmi 20 ildir müstəqillik əldə edib və biz deyə bilmərik ki, demokratiya sahəsində bütün məsələlər həll olunub. Lakin bu istiqamətdə intensiv şəkildə işləyirik və ilk növbədə insan haqları ilə bağlı problemlərin həllinə çalışırıq", - Əsədov bildirib.

Spiker Avropa Parlamenti tərəfindən qətnamənin Azərbaycanın iştirakı olmadan qəbul edilməsini qeyri-obyektiv addım kimi qiymətləndirib.

"Azərbaycanla Avropa Parlamenti arasında əlaqələrin inkişafı üçün Avronest fəal işləməlidir və Avropa Parlamentində müzakirə olunan məsələlər əvvəlcə məhz Avronestdə müzakirə olunmalıdır", - Əsədov bildirib.

O, həmçinin istənilən məsələnin sıx əməkdaşlıq yolu ilə həll ediləcəyinə ümidvar olduğunu bildirib.

Avropa Parlamentinin rəhbəri Yerji Buzek bildirib ki, onlar ölkələrlə dialoqun tərəfdarıdırlar və Azərbaycana səfərinin məqsədi də məhz budur.

Xəbər lenti

Xəbər lenti