...

Azərbaycan və İran siyasi məsələlər üzrə komitə yaradacaq - İran nazirinin müavini

Siyasət Materials 24 May 2011 17:09 (UTC +04:00)
Azərbaycan və İran siyasi məsləhətləşmələr üçün siyasi məsələlər üzrə komitə yaradacaq. Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər nazirinin müavini Məhəmməd Rza Rauf Şeybani İRNA agentliyinə bildirib.
Azərbaycan və İran siyasi məsələlər üzrə komitə yaradacaq - İran nazirinin müavini

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir T.Cəfərov/

Azərbaycan və İran siyasi məsləhətləşmələr üçün siyasi məsələlər üzrə komitə yaradacaq. Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər nazirinin müavini Məhəmməd Rza Rauf Şeybani İRNA agentliyinə bildirib.

Komitəyə İran tərəfdən Şeybani, Azərbaycan tərəfdən isə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edəcək.

Şeybani deyib ki, iki ölkə arasında siyasi sahədə bütün məsələlərə bu komitə çərçivəsində baxılacaq və həll ediləcək.

Şeybani komitənin yaradılması məsələsini Bakıya hazırkı səfəri zamanı azərbaycanlı həmkarı Xələf Xələfovla müzakirə edib.

Tərəflər Azərbaycanla İran arasında viza rejiminin sadələşdirilməsi məsələsini də müzakirə ediblər.

Görüşdə gömrük sahəsində və konsul məsələləri üzrə komitələrin yaradılması da müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti