Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Neboyşa Radmanoviç, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayid Al Nəhəyan, Tailand Kralı Bhumibol, Cənubi Afrika Respublikasının Prezidenti Cakob Zuma, Monqolustanın Prezidenti Saxiaqiyn Elbeqdorj, Banqladeş Xalq Respublikasının Prezidenti Zillur Rəhman və Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksa Azərbaycan Respublikasının Milli bayramı 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Təbrik edənlər sırasında Moskva vilayətinin qubernatoru Boris Qromov, RF Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov, Tunis Respublikasının Prezidenti vəzifəsini müvəqqəti icra edən Fuad Əl-Mebazaa, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Hökmdarı Məhəmməd bin Rəşid Al Məktum, Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun və İslam İnkişaf Bankı Qrupunun Prezidenti Doktor Əhməd Məhəmməd Əli də olub.