...

Güclü və müstəqil Gürcüstan Azərbaycanın marağına cavab verir - XİN rəhbəri

Siyasət Materials 13 İyun 2011 20:27 (UTC +04:00)
Güclü, uğurlu və müstəqil Gürcüstan Azərbaycanın milli təhlükəsizliyinin tərkib hissəsidir.
Güclü və müstəqil Gürcüstan Azərbaycanın marağına cavab verir - XİN rəhbəri

Gürcüstan, Tbilisi, 13 iyun /Trend, müxbir N.Kirsxaliya/

Güclü, uğurlu və müstəqil Gürcüstan Azərbaycanın milli təhlükəsizliyinin tərkib hissəsidir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan parlamentinin sədri ilə görüşdən sonra deyib.

"Məhz belə Gürcüstan ölkəmizin marağına cavab verir", - Məmmədyarov qeyd edib.

Azərbaycan XİN rəhbəri bazar ertəsi Tbilisidə rəsmi səfərdədir. O, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze və paralmentin sədri David Bakradze ilə görüşlər keçirib. Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə də görüş planlaşdırılıb.

Məmmədyarov parlament sədri ilə görüşün nəticələrindən məmnunluğunu ifadə edərək qeyd edib ki, ikitərəfli münasibətlərin bütün spektrini müzakirə etmək mümkün olub.

Görüş zamanı ikitərəfli münasibətlərin fəallaşdırılması və regional iqtisadi layihələrin həyata keçirilməsi məsələlərinin müzakirəsi planlaşdırılmışdı.

Bakradze öz növbəsində qeyd edib ki, görüş zamanı həm siyasi, həm də iqtisadi xarakterli məsələlərin müzakirəsi mümkün olub.

"Hər il Gürcüstan və Azərbaycan münasibətləri daha fəal olur. Biz enerji resursları sahəsində, eləcə də Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisində uğurla əməkdaşlıq edirik", - o bildirib.

Xəbər lenti

Xəbər lenti