...

Əli Həsənov: Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra növbəti məsələ qaçqınların Ermənistana qaytarılması olacaq

Siyasət Materials 16 İyun 2011 14:03 (UTC +04:00)
Ermənistandan qaçqın düşən azərbaycanlılara Azərbaycan vətəndaşlığının verilməsi onların Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra geri qayıtması üçün heç bir problem yaratmayacaq.
Əli Həsənov: Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra növbəti məsələ qaçqınların Ermənistana qaytarılması olacaq

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistandan qaçqın düşən azərbaycanlılara Azərbaycan vətəndaşlığının verilməsi onların Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra geri qayıtması üçün heç bir problem yaratmayacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

O bildirib ki, 2001-ci ildə Heydər Əliyevin Ermənistandan qaçqın düşənlər üçün yeni qəsəbənin inşası barədə verdiyi fərmanda Ermənistan vətəndaşlarının qaçqın statuslarının saxlanması barədə qeyd var.

"Ermənistandan qaçqın düşən azərbaycanlıların bu statusu, onların o torpaqlara dönmək imkanları qalır", - Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğal altında olan torpaqları azad edildikdən sonra növbəti məsələ qaçqınların Ermənistana qaytarılması olacaq.

"Azərbaycan heç zaman o torpaqlardan əl çəkməyəcək. Həmin torpaqlar bizim dədə-baba torpaqlarımızdır. Ermənilər orada dövlətlərini yaradıb, insanlarımızı qovublar. Amma həmin ərazilər Azərbaycan torpaqlarıdır. Biz o əraziləri müstəqil Azərbaycan torpağı kimi iddia etməsək də, insanlarımızın orada yaşamasını iddia edəcəyik", - Həsənov deyib.

1988-1990-cı illərdə 200 min azərbaycanlı Ermənistandan deportasiya olunub.

Xəbər lenti

Xəbər lenti