...

RF Dövlət Duması Rusiya ilə Azərbaycan arasında dövlət sərhədi haqqında müqaviləni ratifikasiya edib

Siyasət Materials 17 İyun 2011 19:57 (UTC +04:00)
RF Dövlət Duması Rusiya ilə Azərbaycan arasında dövlət sərhədi haqqında müqaviləni ratifikasiya edib.
RF Dövlət Duması Rusiya ilə Azərbaycan arasında dövlət sərhədi haqqında müqaviləni ratifikasiya edib

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir A.Qasımova/

RF Dövlət Duması Rusiya ilə Azərbaycan arasında dövlət sərhədi haqqında müqaviləni ratifikasiya edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Dumasının rəsmi saytında deyilir.

Məsələyə Dumanın bu gün keçirilən plenar iclasında baxılıb. Müzakirələr zamanı xarici işlər nazirinin müavini Qriqori Karasin məruzəsini təqdim edib. Son olaraq Dövlət Dumasının MDB işləri və soydaşlarla əlaqə komitəsinin sədri Aleksey Ostrovski çıxış edib.

Müqavilə 2010-cu il sentyabrın 3-də Bakıda imzalanıb.

Rusiya ilə Azərbaycan arasında quru sərhədinin uzunluğu 284 kilometrdir.

Xəbər lenti

Xəbər lenti