...

ATƏT MQ həmsədrləri gələn həftə regiona gələcəklər

Siyasət Materials 6 İyul 2011 11:27 (UTC +04:00)
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri İqor Popov, Bernar Fasye və Robert Bradtke gələn həftə regiona gələcəklər. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.
ATƏT MQ həmsədrləri gələn həftə regiona gələcəklər

Azərbaycan, Bakı, 6 iyul / Trend, müxbir E.Tarıverdiyeva /

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri İqor Popov, Bernar Fasye və Robert Bradtke gələn həftə regiona gələcəklər. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

"Səfərin dəqiq tarixi hələlik müəyyən olunmayıb, lakin hər halda o, gələn həftə baş tutacaq", - mənbə deyib.

Onun sözlərinə görə, Minsk qrupunun həmsədrləri Moskvada məsləhətləşmələr aparmağı planlaşdırırlar və bundan sonra regiona növbəti səfər edəcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti