Azərbaycan Prezidenti İlham Əliyev Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorju ölkənin milli bayramı - Xalq inqilabı günü münasibətilə təbrik edib. Məlumatı Azərbaycan Prezidentinin rəsmi saytı yayıb.
"Monqolustanın milli bayramı - Xalq inqilabı günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan-Monqolustan dostluğu və əməkdaşlığının möhkəmlənməsi və inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına sülh və tərəqqi arzulayıram ", - təbrikdə deyilir.