...

İlham Əliyev Monteneqro Prezidentini təbrik edib

Siyasət Materials 12 İyul 2011 18:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviçi təbrik edib.
İlham Əliyev Monteneqro Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviçi təbrik edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Ölkənizin milli bayramı - Dövlətçilik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Filip Vuyanoviçə möhkəm cansağlığı, işlərində uğurlar, dost Monteneqro xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti