...

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Hamburqda xəstəxanaya yerləşdirilib - KİV

Siyasət Materials 19 İyul 2011 18:17 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Hamburqda (Almaniya) xəstəxanadadır.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Hamburqda xəstəxanaya yerləşdirilib - KİV

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Hamburqda (Almaniya) xəstəxanadadır. Trend-in məlumatına görə, bu barədə "Kazakhstan Today" xəbər verir.

Qazaxıstan Prezidentinin Almaniyada klinikada olması barədə çərşənbə axşamı Almaniyanın "Bild" qəzeti yazıb.

"Qazaxıstan Prezidenti University Medical Center Hamburg-Eppendorf-a gəlib", - qəzet mənbəyə istinad etmədən yazır.

Məlumatda o da bildirilir ki, Almaniyanın Xarici İşlər Nazirliyi Nazarbayevin klinikaya daxil olması üçün vasitəçi qismində fəaliyyət göstərib.

Lakin AFP agentliyi xəbər verir ki, Almaniya XİN suallara cavab verərkən öz iştirakı faktını təkzib edib və Nazarbayevin Hamburqda olmasından xəbərsiz olduğunu iddia edir.

KİV xəbər verir ki, klinikanın öz əməkdaşlarından bununla bağlı şərh almaq mümkün olmayıb.

Qazaxıstan Prezidentinin mətbuat xidməti 2011-ci il iyulun 11-də "dövlət başçısı Nursultan Nazarbayevin qısamüddətli məzuniyyətdə" olduğunu xəbər vermişdi.

Xəbər lenti

Xəbər lenti