Azərbaycan, Bakı, 11 avqust /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Trend-in məlumatına görə, yeni imzalanan fərmanda qeyd olunur ki, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına 2 nömrəli əlavənin - "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nin 33-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
| 
					 
						33.
  | 
				
					 Teleradio yayımı:  | 
				
					 Milli Televiziya və Radio Şurası  | 
				|
| 
					 33.1.  | 
				
					 ümumrespublika televiziya yayımı  | 
				
					 11 000  | 
			|
| 
					 33.2.  | 
				
					 Bakı şəhəri üzrə televiziya yayımı  | 
				
					 5 500  | 
			|
| 
					 33.3.  | 
				
					 regional televiziya yayımı  | 
				
					 3 000  | 
			|
| 
					 33.4.  | 
				
					 ümumrespublika radio yayımı  | 
				
					 5 000  | 
			|
| 
					 33.5.  | 
				
					 Bakı şəhəri üzrə radio yayımı  | 
				
					 2 500  | 
			|
| 
					 33.6.  | 
				
					 regional radio yayımı  | 
				
					 1 000  | 
			|
| 
					 33.7.  | 
				
					 əlavə informasiya yayımı  | 
				
					 1 000  | 
			|
| 
					 33.8.  | 
				
					 abonentlərinin sayı 5 000-dək olan kabel şəbəkəsi yayımı  | 
				
					 3 000  | 
			|
| 
					 33.9.  | 
				
					 abonentlərinin sayı 5 000-dən yuxarı olan kabel şəbəkəsi yayımı  | 
				
					 5 000  | 
			|
| 
					 33.10.  | 
				
					 peyk уayımı  | 
				
					 1 000  | 
			|
| 
					 33.11.  | 
				
					 xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət  | 
				
					 1 000  |