Azərbaycan, Bakı, 17 avqust / Trend /
Türkiyənin Ali Cinayət Məhkəməsi Kürd İşçi Partiyasının (PKK) lideri Abdullah Öcalanın vəkillərinin bir il müddətinə işdən uzaqlaşdırılması barədə qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti yazıb.
Ergün Canan, Servet Demir, Çingiz Çiçək və Davut Uzunkörpü PKK-ya yardım göstərilməsində təqsirləndirilirlər. Müəyyən edilmiş müddət ərzində vəkillər Abdullah Öcalanla görüşə və iş apara bilməyəcəklər.