Azərbaycan, Bakı, 25 avqust /Trend/
Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko avqust 26-da Azərbaycana işgüzar səfər edəcək.
XİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, səfər zamanı Qrişenkonun Azərbaycan Baş naziri Artur Rasi-zadə, Baş nazirin birinci müavini Yaqub Eyyubov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur.