...

ATƏT və Aİ-nin Bakı ofisləri 2 aprel aksiyasının fəalları barədə məhkəmə qərarı ilə bağlı bəyanat yayıblar

Siyasət Materials 27 Avqust 2011 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend/

ATƏT-in Bakı ofisi müxalifətin 2 aprel aksiyasında iştirak edən altı fəalın məsuliyyətə cəlb olunmasından narahatlıq ifadə edən bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda deyilir ki, ATƏT-in Bakı ofisi onların işinə apelyasiya məhkəməsində hərtərəfli baxılacağına ümid edir.

Sənəddə deyilir ki, ATƏT-in Bakı ofisi ölkədə məhkəmə islahatları və sərbəst toplaşmaq azadlığı da daxil olmaqla, fundamental hüquq və azadlıqların tam həyata keçirilməsini dəstəkləmək üçün Azərbaycan hökuməti ilə əməkdaşlıq etməyə hazırdır.

Analoji bəyanatla Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi də çıxış edib.

Aİ-nin bəyanatını Norveçin Azərbaycandakı səfirliyi də alqışlayıb.

Xəbər lenti

Xəbər lenti