...

İlham Əliyev Roza Otunbayevanı təbrik edib

Siyasət Materials 30 Avqust 2011 15:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Zati-aliləri xanım Roza Otunbayevaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Roza Otunbayevanı təbrik edib

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti xanım Roza Otunbayevaya təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - Dövlət müstəqilliyi günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasında dərin tarixi kökləri olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Roza Otunbayevaya ən xoş arzularını yetirib, dost Qırğızıstan xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti