...

Pentaqon terrorizmlə mübarizə üçün Azərbaycana hərbi yardım ayırıb

Siyasət Materials 31 Avqust 2011 14:17 (UTC +04:00)
Pentaqonun ayırdığı 44 milyon dollarlıq hərbi yardım paketinə Azərbaycan üçün 10 milyon dollarlıq yardım da daxildir.
Pentaqon terrorizmlə mübarizə üçün Azərbaycana hərbi yardım ayırıb

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Pentaqonun ayırdığı 44 milyon dollarlıq hərbi yardım paketinə Azərbaycan üçün 10 milyon dollarlıq yardım da daxildir. Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi əldə olunan sənədlərə istinadən məlumat verir.

Vəsaitin ayrılmasına əsas səbəb terrorizmlə mübarizədə xüsusi hərbi-dəniz qüvvələrinin imkanlarının artırılmasıdır. Yardım kiçik katerlər, motorlar, digər ləvazimatlar və təlim üçün nəzərdə tutulub.

Pentaqon Azərbaycanla yanaşı, Tunis, Malta, Litva və Macarıstana da yardım ayıracaq.

Məlumata görə, paket bu yaxınlarda Pentaqonun nümayəndələri tərəfindən təsdiqlənib və tədarükün həyata keçirilməsindən əvvəl xəbərdarlıq proseduru çərçivəsində ABŞ Konqresinə göndərilib.

Pentaqon hər il üç və ya dörd istiqamətdə hərbi yardım göstərir.

Bir il əvvəl imzalanmış və 43 milyon dollara yaxın məbləğdə olan birinci paket NATO və Əfqanıstandakı müharibə üçün digər müttəfiqlər üçün nəzərdə tutulmuşdu. 145,4 milyon dollarlıq ikinci paket "əl-Qaidə" qruplaşması ilə əlaqəsi olan terrorçularla mübarizə üçün əsasən Şimali Afrika ölkələrinə göndərilmişdi.

Xəbər lenti

Xəbər lenti