...

Slovakiyanın Dağlıq Qarabağ üzrə rəsmi mövqeyi Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanır - səfirlik

Siyasət Materials 6 Sentyabr 2011 01:01 (UTC +04:00)
Slovakiyanın Moskvadakı səfirliyi Slovakiya vətəndaşları Yan Çarnoqurski və Frantişek Mikloşko adından Dağlıq Qarabağa "müstəqiliyinin" 20 illiyi münasibətilə göndərilmiş təbrik barəsində 2011-ci il sentyabrın 1-də Rusiya, Azərbaycan və Ermənistanın KİV-lərində dərc olunmuş informasiya ilə bağlı rəsmi təkzib yayıb.
Slovakiyanın Dağlıq Qarabağ üzrə rəsmi mövqeyi Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanır - səfirlik

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, E. Tarıverdiyeva/

Slovakiyanın Moskvadakı səfirliyi Slovakiya vətəndaşları Yan Çarnoqurski və Frantişek Mikloşko adından Dağlıq Qarabağa "müstəqiliyinin" 20 illiyi münasibətilə göndərilmiş təbrik barəsində 2011-ci il sentyabrın 1-də Rusiya, Azərbaycan və Ermənistanın KİV-lərində dərc olunmuş informasiya ilə bağlı rəsmi təkzib yayıb.

Səfirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, təbrik onların öz təşəbbüsüdür.

"KİV-lərdə dərc olunmuş məlumatda göstərilən vəzifələri - "Slovakiya hökumətinin baş naziri və Milli Məclisin sədri" vəzifələri həqiqətə uyğun deyil. Yan Çarnoqurski və Frantişek Mikloşko Slovakiyanın keçmiş deputatları və siyasətçiləridir. Onlar artıq ölkənin fəal siyasi həyatında iştirak etmirlər və Slovakiyanın indiki hökumətində heç bir vəzifə tutmurlar", - səfirliyin təkzibində deyilir.

Dağlıq Qarabağ məsələsində Slovakiya Respublikasının rəsmi mövqeyi dəyişməz qalır, beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə əməl olunması prinsipinə əsaslanır".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti