Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir S.Ağayeva/
Litvanın səhiyyə naziri Raymondas Şukis Bakıya səfər edəcək.
Nazir sentyabrın 12-də Azərbaycan paytaxtında keçiriləcək Ümumdünya Səhiyyə Təşkilatının (ÜMT) Avropa regional bürosunun sessiyasında iştirak edəcək. Bunu Trend-ə Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas bildirib.
Səfər çərçivəsində Şukis Azərbaycan Səhiyyə nazirliyində bir sıra görüş keçirəcək və ölkənin səhiyyə sisteminin fəaliyyəti ilə tanış olacaq.
53 Avropa ölkəsinın səhiyyə nazirlərinin qatılacağı sessiyada səhiyyə sistemində yeni nailiyyətlərinin tətbiqi, vərəmə dair strategiyanın qəbul olunması və antibiotiklərin düzgün istifadəsi kimi məsələlər ətrafında müzakirə aparılacaq.
Bundan başqa sessiyada Azərbaycan höküməti ilə ÜMT Avropa regional bürosu arasında ikiillik saziş imza olunacaq