...

Moldova Azərbaycana iqtisadi əməkdaşlıq üzrə təkliflər təqdim edib

Siyasət Materials 8 Sentyabr 2011 13:41 (UTC +04:00)
Moldova hökuməti artıq Azərbaycan tərəfinə ticari-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının çağırılmasına dair təkliflərini təqdim edib.
Moldova Azərbaycana iqtisadi əməkdaşlıq üzrə təkliflər təqdim edib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir S.Ağayeva/

Moldova hökuməti artıq Azərbaycan tərəfinə ticari-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının çağırılmasına dair təkliflərini təqdim edib. Bu barədə Trend-ə Moldovanın Azərbaycandakı səfiri İqor Bodiu deyib.

Moldova tərəfi iclasın çağırılma tarixi və komissiyanın müzakirə etməli olduğu məsələlərin siyahısı haqqında təkliflər verib. Növbəti iclas payızda Kişinyovda keçiriləcək.

İclasda iki ölkə arasındakı əməkdaşlığın inkişaf etdirilməsinə dair bir çox məsələlərin müzakirəsi planlaşdırılır.

Moldova ilə Azərbaycan arasında 50-dən çox hökumətlərarası və idarələrarası saziş imzalanıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasında yanvar-iyul ərzindəki mal mübadiləsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1/3 dəfə artaraq təxminən 3 milyon dollar təşkil edib. Bu məbləğin 2,84 milyon dolları Moldovadan idxalın payına düşür.

Ötən ilin eyni dövründə həmin göstərici 2,2 milyon dollar olub.

Xəbər lenti

Xəbər lenti