...

Azərbaycan və Çexiya parlamentləri əməkdaşlığı genişləndirmək niyyətindədir - səfir

Siyasət Materials 14 Sentyabr 2011 16:45 (UTC +04:00)
Azərbaycan və Çexiyanın qanunvericilik orqanları parlamentlərarası dostluq qrupunun fəaliyyəti vasitəsilə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədirlər.
Azərbaycan və Çexiya parlamentləri əməkdaşlığı genişləndirmək niyyətindədir - səfir

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Çexiyanın qanunvericilik orqanları parlamentlərarası dostluq qrupunun fəaliyyəti vasitəsilə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədirlər.

Hazırda oktyabrda Praqada keçirilməsi planlaşdırılan dostluq qrupunun birinci iclasına hazırlıq işləri gedir. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə deyib.

Qrupun Azərbaycan tərəfdən həmsədri Milli Məclisin deputatı Gülər Əhmədova, Çexiya tərəfdən isə parlamentin Xarici əlaqələlər komitəsinin sədr müavini Yan Hamaçekdir.

Səfirin sözlərinə görə, Çexiya tərəfdən qrupun tərkibinə ölkənin qanunverici orqanındakı bütün siyasi partiyaların fraksiyalarını təmsil edən 9 deputat daxildir.

Azərbaycan tərəfdən qrupun tərkibinə isə deputatlar Azay Quliyev, Kamilə Əliyeva, Malik Həsənov, Musa Quliyev, Rafiq Məmmədhəsənov, Sahibə Qafarova, Ülvi Quliyev və Əsabil Qasımov daxildir.

Xəbər lenti

Xəbər lenti