Prezident İlham Əliyev Polşaya işgüzar səfərə yola düşüb

Azərbaycan,Bakı, 28 sentyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Polşa Respublikasına işgüzar səfərə yola düşüb.
Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.